22 fevral 2011 13:37

Rəşad Sadıqov: Qarabağ`ın əsas məqsədi 3-cü olmaqdı

Ağdamın “Qarabağ” klubunun və milli komandamızın müdafiəçisi Rəşad Sadıqov azerisport.az saytına müsahibəsində Premyer Liqanın 21-ci turunun “Gəncə” ilə səfər oyunu, eləcə də bir sıra başqa maraqlı məqamlarla bağlı fikirlərini açıqlayıb.
 
- “Gəncə” ilə oyunu necə dəyərləndirərdiz, hansı ki, heç də yaxşı vəziyyətdə olmayan qazonda oynanılırdı?
- Biz öncədən də matçın ağır keçəcəyini bilirdik. Qeyd etdiyiniz kimi, qazon da yaxşı vəziyyətdə deyildi. Gəndədə “İnter” və “Xəzər Lənkəran” kimi komandalar xal itirmişdi. Bizi nə gözlədiyini yaxşı dərk edirdik. Ancaq xoşbəxtlikdən hər şey bizim üçün yaxşı qurtardı. Qələbə qazana bildik.
 
- “Gəncə” matçın sonunda hətta hesabı bərabərləşdirə bə bilərdi. Düşünmürsüz ki, bəxtiniz gətirdi?
- Bizdə də oxşar epizodlar olurdu. Amma rəqibin yüz faizli qol imkanları olmadı. Hər halda qapıçımızın da inamlı oyunu Gəncədən 3 xalla dönməyimizdə az rol oynamadı.
 
- Türkiyədəki qazonlardan sonra belə meydanda oynamaq necə təsir bağışlayır?
- Siz inanmazsız, amma, Gəncədəki qazon mənə Türkiyəninkilərdən xoşdu.
 
- Nə mənada?
- Nə qədər pis vəziyyətdə olsa da, hər halda doğmadı. Bizə də psixoloji cəhətdən futbol oynamaq daha xoşdu.
 
- Qayıdışınızdan sonrakı ikinci oyun idi. Artıq uyğunlaşa bilmisiz?
- Düzünü deyim ki, “Qəbələ” ilə oyunda heç də rahat deyildim. Amma Gəncədəki qarşılaşmada özümü xeyli rahat hiss edirdim. Düşünürəm ki, növbəti turdan etibarən heç bir problem qalmayacaq.
 
- Çoxları iddia edir ki, Əfran İsmayılovla siz “Qarabağ”a canlanma gətirmisiz...
- “Qarabağ” artıq mənə kimi yüksəlişdə idi. 4 oyun idi ardıcıl qələbə qazanırdı. Şübhəsiz ki, yeni oyunçuların gəlişi də komandanı gücləndirib. Mən “Qarabağ”dan gedəndə komanda bir az zəifləmişdi, indi isə tam əksinədi.
 
- “Qarabağ”ın indiki perspektivlərini necə qiymətləndirirsiz?
- Avrokuboklara düşmək uğrunda mübarizə aparacağıq. Liderdən 5-6 xallıq fərqimiz var, amma biz AZAL və “İnter”i keçməyə çalışırıq. Komanda hazırda “Turan”la oyuna hazırlaşır və bilirik ki, asan olmayacaq. Naci Şensoyun qayıdışından sonra Tovuz klubu daha təhlükəli olub.
 
- Bəs “Neftçi” və “Xəzər Lənkəran”ı qabaqlamaq sizin planlarınıza daxil deyil?
- Bizim əsas vəzifəmiz avrokuboklara düşməkdi. Əsas rəqiblərimiz isə “İnter” və AZAL-dı. “Qarabağ” kubokdan kənarda qaldığı üçün, biz Avropa Liqasına vəsiqə qazanmaq yolunda çempionatı ən azı 3-cü pillədə bitirməyə borcluyuq.
 
- “Eskişehirspor”u izləyirsiz?
- Xeyr. Mənə maraqlı deyil.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.