22 fevral 2011 15:56
Yığmamız Norveç klubu ilə qarşılaşacaq
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması fevralın 23-də daha bir yoxlama matçında qüvvəsini sınayacaq. Azerisport.az xəbər verir ki, Vəli Qasımovun yetirmələri Norveçin «Lillestrom» klubunun əvəzedici komandası ilə yoldaşlıq oyunu keçirəcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
