22 fevral 2011 16:08

Georgi Adamiya: Azərbaycanın futbol tarixinə düşmək istəyirəm

Onu Azərbaycanın ən sabit legionerlərindən saymaq olar. Sabitdirsə, deməli 7 ildi Azərbaycan futbolunda top qovan Georgi Adamiya futbolsevərlərin xatirəsində xoş məqamlarla yadda qalıb.
 
Azerisport.az xəbər verir ki, ötən qışdan “Qarabağ”ın sıralaranda olan 29 yaşlı gürcü forvard cari mövsümdə vurduğu 8 qolla Azərbaycan çempionatında vurduğu qolların sayını 43-ə yüksəldib. Bununlada Georgi Azərbaycanda top qovmuş legionerlər arasında məhsuldarlığa görə Badri Kvaratsxeliyadan sonra 2-ci sıraya yüksəldi.
 
Qış fasiləsindən sonra hər 2 oyunda fərqlənən Adamiya “Gəncə” ilə oyunda vurduğu əla qolla formada olduğunu göstərdi.  Bununla da qış fasiləsinə kimi durğun görsənən Adamiya yenidən işə düşdü. O, bu uğuruna münasibətini də açıqlayıb. Ağdam klubunun rəsmi saytına açıqlamasında o, bunları dilə gətirib:
 
“Son 2 oyunda qol vurmağım təbii ki, sevindiricidi. “Gəncə”ylə oyunda 3 xal qazanmağımız tək qolla olduğundan daha yadda qalan oldu (gülür). Əsas odu ki, komandamız qələbə qazandı. İlk dövrənin sonlarında zəif çıxış etməyimə gəlincə, deyərdim ki, bir qədər yorğunluq vardı. Baş məşqçimiz də bunu vurğulamışdı. Avrokuboklardan başlayaraq istirahət etməmişdik. Amma qış fasiləsində uzun müddətdən sonra yaxşı dincəlmək şansı oldu. Antalyada keçdiyimiz təlim-məşq toplanışında da yaxşı hazırlıq keçdik.
 
Son 2 oyuna çox konsentrasiya olmuşdum. Futbol belə bir şeydi. “Gəncə” ilə oyunda 2 imkanım oldu. Birinci daha real olsa da, ikincidən yararlandım. Badridən sonra 2-ci olmağımı sizdən eşidirəm. Konkret qol sayını bilməsəm də, 40-dan çox qox vurduğumu bilirdim (gülür). Badriyə çatmaq üçün nə qədər qol vurmalıyam? 28? Bir az çox oldu? (gülür). Görək də nə olur? Təbii  ki, Azərbaycanın futbol tarixinə düşmək istəyərəm. Çalışacam ki, qollarımın sayı artsın. Çətin olsa da, mümkünsüz deyil. İnşallah, “`Qarabağ” hər oyunda qələbə qazandıqca mənim də qollarımın sayı artacaq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.