22 fevral 2011 16:39

“Biz həmişə ambisiyalı komandalara qarşı xüsusi hazırlaşırıq”

“Muğan”ın hücumçusu Elşən Məmmədov azerisport.az saytına müsahibəsində Premyer Liqanın 21-ci turunun “Qəbələ” ilə oyununda qazandıqları qələbə və digər maraqlı məqamlarla bağlı fikirlərini bölüşüb.
 
- Salyan klubu növbəti sensasiyasını reallaşdırdı...
- Rəqibimiz güclü komanda idi. Buna baxmayaraq, qələbə qazana bildik. Uşaqlar çox inamlı oyun sərgilədilər və layiqli qələbə qazandıq.
 
- Ötən tur siz daha bir ilk altılığa düşmək istəyən klubdan 2 xal almışdınız...
- Yəqin, son üç həlledici turun startına kimi, çoxları belə düşünürdü ki, “Muğan” zəif komandadı. Elə bilirdilər ki, əsas yerlər uğrunda mübarizə aparmaq şansımızı itirdiyimiz üçün, zəifik və daha təslim olacağıq. Ancaq biz son iki turda bunun tam əksini göstərə bildik.
 
- Belə oyunu daim sərgiləyə bilsəydiz, ilk altılığa düşə bilərdiz?
- Əgər sabit oyun sərgiləsəydik, ola bilərdi ki, düşək. Belə meydançalarda yaxşı futbol sərgiləməmək ayıbdı.
 
- “Muğan”ın belə güclü oyun sərgiləməsində stimuallaşmanın rolu yox idi ki?
- Düzünü deyirəm ki, belə bir şey eşitməmişəm. Heç bir Premyer Liqa klubundan bizə belə bir təklif olunmayıb. Biz sadəcə çıxıb, öz oyunumuzu sərgiləyirik.
 
- Sizdən belə oyunu heç də həmişə görmək olmur...
- Biz həmişə ambisiyalı komandalara qarşı xüsusi hazırlaşırıq.
 
- Komandanız böyük məqsədlər uğrunda mübarizə aparmasa da belə, bu oyunlardakı xallara görə, rəhbərlik sizi mükafatlandıracaqmı?
- Hər şeyə rəğmən, bizə mükafatlar ayrılır. Biz mükafat alacağıq, amma öz klubumuzdan.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.