22 fevral 2011 16:56
Anji Bakıya gəlməkdən imtina etdi
Rusiya Premyer Liqasında mübarizə aparan “Anji” klubu Bakıya planlaşdırılan səfərindən imtina edib. Azerisport.az xəbər verir ki, Mahaçqala klubu martda Azərbaycana gəlib, bir həftəlik təlim-məqş toplanışı və bir yoldaşlıq görüşü keçirməyi planlaşdırsa da, bu, baş tutmayacaq.
Çünki Emin Ağayevlə Vaqif Sadıqovun çalışdığı, Mahir Şükürovun şərəfini qoruduğu klub Premyer Liqaya son hazırlıq mərhələsini də Türkiyədə keçirməyə qərar verib. Belədə, futbolsevərlərimizin Mahaçqala klubunun yeni transferi olan dünya şöhrətli ulduz Roberto Karlosu görmək arzusu baş tutmayacaq.
