22 fevral 2011 17:07
Veyra Bakıya gəlir
Futzal üzrə Fransa yığmasının baş məşqçisi Pyer Jaki yığmaya daha bir oyunçu çağırıb. Azerisport.az xəbər Fransa mətbuatına istinadən verir ki, bu, “Rube” klubunun futzalçısı David Veyradı.
Qeyd edək ki, AÇ-2012-nin birinci seçmə mərhələsinin oyunları 24-27 fevral aralığında Bakıda tutacaq. Yığmamızın rəqibləri arasında Fransa ilə yanaşı, İspaniya və Qazaxıstan millisi də var.
