22 fevral 2011 19:01
Mahir əvəzedici komandayla ermənilərlə oyuna göndərildi
Rusiya Premyer Liqasında çıxış edən Mahaçqalanın “Anji” klubunun baş məşqçisi Hacı Hacıyev millimizin üzvü Mahir Şükürovu əvəzedici komandaya göndərib. Azerisport.az xəbər verir ki, həmyerlilərimiz Vaqif Sadıqovla Emin Ağayevin də çalışdığı Mahaçqala təmsilçisi hazırda Türkiyədə olsa da, Mahir əsas komandayla birgə deyil.
O, əvəzedici komanadayla birgə Türkmənistanda keçirilən turnirə göndərilib. Dağıstanlılar Prezidenti Kuboku uğrundakı ilk oyununu İran “Aqap Qonbad”ına qarşı keçiriblər və 1:1 hesablı bərabərliyə razılaşıblar. 29 yaşlı Şükürov bu görüşün 75-ci dəqiqəsində meydana çıxa bilib. Həmyerlimizin komandası növbəti görüşünü bu gün Ermənistan “Qandzasar”ına qarşı keçirəcək.
