22 fevral 2011 00:03
Finalçılar üz-üzə və ya 1/8 finala kimlər çıxacaq?
Bu gün UEFA Çempionlar Liqası və Avropa Liqasının pley-off mərhələsinin növbəti oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, ÇL-in 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində bu həftəyə təyin olunan 4 qarşılaşma ilə yanaşı, avroliqanın da 1/16 final mərhələsinin bütün cavab görüşləri baş tutacaq.
Məlum olduğu kimi, ÇL-in 1/8 final mərhələsinin 4 görüşü ötən həftə baş tutmuşdu. Bu gün və sabah isə qalan 4 cütdə tərəflər ilk oyunlarını keçirmiş olacaq. İlk oyun günündə İngiltərənin “Chelsea” klubu səfərdə “Copenhagen”lə münasibətlərinə aydınlıq gətirəcək. Lakin günün daha maraqlı görüşü Fransanın “Olympique” (Lion) klubu ilə Joze Mourinyolu İspaniya təmsilçisi - “Real” arasında baş tutacaq.
Ən çox maraq doğuran görüş isə sabah keçiriləcək. Ötən mövsüm ÇL-in finalında üz-üzə gələn və rəqibini məğlub edərək, qızıl medallara sahib çıxan İtaliya “Inter”i Münhenin “Bayern” (Almaniya) klubunu qəbul edəcək. Millimizin çalışdırıcısı Berti Foqtsun həmyerliləri ötən mövsümkü yenilginin qisasını çıxmaq üçün mütləq səfərdən sərfəli nəticəylə dönməlidi. Fransanın digər “Olympique”i – Marsel şəhərinin təmsilçisi isə “Manchester United”lə dueldə qalib gəlməyə çalışacaq.
Avropa Liqasında isə əsas oyunlar fevralın 24-də baş tutacaq. Bu gün və sabah isə sadəcə 1 oyun baş tutacaq. İlk oyun günündə səfərdə birinci oyunu minimal hesablı qələbəylə başa vurmuş Moskva CSKA-sı PAOK-u qəbul edəcək. Sabah isə evdə 1:2 hesablı yenilgiylə üzləşən İspaniyanın “Sevilla” klubu “Porto”nun müqavimətini səfərdə qırmağa çalışacaq.
Qalan matçlar arasında isə “Bayer” - Metalist (Xarkov), “Ajax” – “Anderlecht”, “Dynamo” (Kiyev) – “Beşiktaş” cütlərinin ilk oyunda demək olar ki, intriqanı heçə endirməsi cavab görüşlərini formallığa çevirib.
Çempionlar Liqası
1/8 final
İlk oyunlar
22 fevral
23:45. Copenhagen (Danimarka) – Chelsea (İngiltərə)
23:45. Olympique (Lion, Fransa) – Real (İspaniya)
23 fevral
23:45. Inter (İtaliya) – Bayern (Almaniya)
23:45. Olympique (Marsel, Fransa) - Manchester United (İngiltərə)
Avropa Liqası
1/16 final
Cavab oyunları
22 fevral
21:00. CSKA (Moskva, Rusiya) - PAOK (Yunanıstan) (ilk oyun, 1:0)
23 fevral
21:00. Porto (Portuqaliya) – Sevilla (İspaniya) (2:1)
24 fevral
22:00. Bayer (Almaniya) - Metalist (Xarkov, Ukrayna) (4:0)
22:00. Liverpool (İngiltərə) - Sparta (Çexiya) (0:0)
22:00. PSV (Hollandiya) – Lille (Fransa) (2:2)
22:00. Spartak (Moskva, Rusiya) – Basel (İsveçrə) (3:2)
22:00. Sporting (Portuqaliya) – Rangers (İsveçrə) (1:1)
22:00. Zenit (Rusiya) - Young Boys (İsveçrə) (1:2)
00:05. Ajax (Hollandiya) – Anderlecht (Hollandiya) (3:0)
00:05. Braga (Portuqaliya) - Lech (Polşa) (0:1)
00:05. Dynamo (Kiyev, Ukrayna) – Beşiktaş (Türkiyə) (4:1)
00:05. Twente (Hollandiya) - Rubin (Rusiya) (2:0)
00:05. Manchester City (İngiltərə) - Aris (Yunanıstan) (0:0)
00:05. Paris S.G. (Fransa) - BATE (Belarus) (2:2)
00:05. Stuttgart (Almaniya) – Benfica (Portuqaliya) (1:2)
00:05. Villarreal (İspaniya) – Napoli (İtaliya) (0:0)
