22 fevral 2011 12:06

Anatoli Banişevski - 65

23 fevral 2011-ci il tarixində yaşasaydı Anatoli Banişevskinin 65 yaşı tamam olacaqdı... Ancaq o indi aramızda yoxdu! Yaşasaydı, müstəqil Azərbaycan futbolunun inkişafına xidmət edərdi. Yeni-yeni Banişevskilər yetişdirərdi. Ancaq olmadı, 51 yaşında dünyaya əbədi gözlərini yumdu.
 
Azerisport.az xəbər verir ki, bu görkəmli futbolçunun adı həm Azərbaycan futbolunun, həm də Bakının "Neftçi" komandasının şanlı tarixinə qızıl hərflərlə yazılıb. Onun ömür taleyi çox ziddiyyətli olub. Həyat yolunda çox cəfalar çəkib. Banişevski futbol zirvəsinin ən yüksək nöqtəsinə çatanda da, sadə bakılı azarkeşlər üçün o, "Banış" idi. Banişevski ölümündən bir il əvvəl, ümummilli lider Heydər Əliyev tərəfindən 1996-cı ildə o, "Şöhrət ordeni" ilə təltif olunmaqla layiq olduğu qiyməti aldı.
 
Uşaq yaşlarında onun futbola olan hədsiz sevgisi böyük qardaşının onu "Lokomotiv" cəmiyyətinin idman məktəbinə aparması ilə nəticələnir. Balaca Anatoli futbolun ilk sirlərini bu cəmiyyətdə öyrənməyə başlayır. O, burada öz oyunu ilə hamıdan fərqlənirdi. Banişevskinin böyük futbolla ilk tanışlığı 1962-ci ildə olur. Ölkə birinciliyinin final oyunları keçirilirdi. "Lokomotiv"in növbəti oyununudan sonra bir nəfər paltardəyişmə otağında Anatoliyə yaxınlaşaraq deyib: "Siz mənə lazımsınız. "Neftçi"də oynayacaqsınız". Bu şəxs SSRİ-nin tanınmış futbol mütəxəssisi, o vaxt "Neftçi"nin baş məşqçisi olan Boris Arkadyev idi. Bununla da Anatoli Banişevskinin "Neftçi"dəki karyerasına start verildi.
 
Cəmi 15 yaşı olan yeniyetmə tezliklə öz adından söz etdirdi. Flaqmanın əvəzedici heyətində onun nümayiş etdirdiyi futbol əsas komandanın məşqçilərinin diqqətini cəlb etdi. SSRİ-nin yeniyetmələrindən ibarət komandasına cəlb olunan Banişevski, debüt oyununda Braziliya ilə görüşdə meydana çıxdı. Bu hadisədən sonra Banişevski daim yığmanın tərkibinə cəlb edilirdi.
 
Uzun illər doğma "Neftçi" komandamızın əsl lideri olan "Banış" 1974-cü ildə flaqmanın sıralarını tərk etdi. Anatoli futboldan uzaqlaşa bilməyərək, məşqçiliyə başladı. Bir il Sumqayıtda çalışdıqdan sonra o, 1975-ci ildə "Neftçi"yə məşqçi kimi döndü. Həmin dövrdə flaqmanın baş məşqçisi olan Valenti Xlıstov Banişevskidən yenidən yaşıl meydana dönməsini istədi. 1975-ci ilin 2-ci dövrsindən etibarən Anatoli yenidən ən çox sevdiyi "Neftçi"də çıxış etməyə başladı. 1978-ci ildə o, karyerasını birdəfəlik bitirdi.
 
Bir müddət məşqçi kimi çalışan Anatoli 1987-ci ildə Afrika qitəsinə Burkina-Fasoya yollandı. O, burada ölkənin gənclərdən ibarət komandasının baş məşqçisi oldu. Lakin ölkədəki hərbi çevriliş sonradan Banişevsikinin həyatında dərin iz buraxdı. Burkina-Fasoda hadisələrin mərkəzinə düşən bakılı, bərk həyəcan keçirdiyindən şəkər xəstəliyinə tutulur. Bundan sonra yataq xəstəsinə çevrilən dahi "Banış" böyük futboldan ayrı düşür. Getdikdə xəstəliyi şiddətlənən Banişevski 1997-ci il dekabrın 10-da əbədi olaraq dünyaya gözlərini yumaraq Fəxri Xiyabanda dəfn olunur.
 
Banişevski müsahibələrinin birində demişdir:"Əgər mən yenidən seçməli olsaydım, tərəddüd etmədən futbolu, sonsuz minnətdar olduğum Bakını və futbolda həyatım boyu sadiq qaldığım "Neftçi"ni seçərdim".
 
Mənbə: Neftçi PFK

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.