22 fevral 2011 12:44
AFFA-dan XL-la Neftçi`yə cəza, AZAL-a əff
Bu gün AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın son turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilmişdir:
“Simurq” – “Neftçi” matçında “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Muğan” – “Qəbələ” matçının 58-ci dəqiqəsində “Muğan”ım futbolçusu Tagim Novruzov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Xəzər Lənkəran” – AZAL matçında “Xəzər Lənkəran”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 (bir min) manat cərimə olunub. Matçın 61-ci dəqiqəsində “Xəzər Lənkəran” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub. Oyunun 77-ci dəqiqəsində AZAL-ın futbolçusu Usim Nduka simulyasiyaya görə sarı vərəqə ilə cəzalanıb. Lakin matçın video yazısını izlədikdə hakimin epizodu düzgün qiymətləndirməməsi aşkar edilib. Bu səbəbdən də Ndukaya göstərilən sarı vərəqə ləğv edilib.
