23 fevral 2011 01:15

Todorov: Bu kluba qarşı oynamaq həmişə çətin olub

“Bakı”nın yeni transferi Radomir Todorov “zolaqlılar”ın heyətindəki ilk rəsmi oyunu və AZAL-la qarşıdakı prinsipial görüş barədə fikirlərini bildirib. Azerisport.az onunla müsahibəni diqqətinizə çatdırır.
 
- Komandaya öyrəşə bilirsənmi? Uyğunlaşma dövrü necə gedir?
- Mənim üçün adaptasiya dövrü hələ də davam edir. Komandamızın bəzi futbolçuları ilə əvvəllər birlikdə oynasam, bəziləri ilə tanış olsam da, komandaya yeni gəldiyim üçün hələ tam öyrəşməmişəm. İnanıram ki, bu mərhələni müvəffəqiyyətlə keçəcəyəm və hər şey yaxşı olacaq.
 
- “Turan”la oyun sənin “Bakı”nın heyətində ilk rəsmi oyunun idi... 
- Bizim üçün “Turan”la oyunda əsas nəticə idi. Meydanın pis vəziyyətdə olması gözəl oyun göstərməyə imkan vermirdi. Buna baxmayaraq bizim çox qol şansımız oldu . Yaxşı ki, qol vurduq və qələbə bizim oldu.
 
- AZAL-la oyun barədə nə fikirləşirsən?
- “Turan” la oyunda olduğu kimi AZAL-la qarşılaşma da bizim üçün çox vacibdi. Bu oyunda da meydana yalnız qələbə üçün çıxacağıq. Əsas məqsəd xal toplayıb, ilk altılığa düşməkdi. “Altılıq”da hər şey fərqli olacaq. Bunun üçün yaxşı şansımız var. “Muğan”nın “Qəbələ”ni məğlub etməsi bizə böyük şans verdi. Hər şey özümüzdən asılıdı. Son oyunda da yaxşı oynayıb, qələbə qazanmalıyıq.
 
- Əvvəllər “Xəzər Lənkəran” klubunun heyətində “Bakı”ya qarşı oynamısan. Səncə, “Bakı” ilə oynamaq çətindi, yoxsa “Bakı”ya qarşı oynamaq? 
- “Bakı” iddialı klubdu. Bu komandaya qarşı oynamaq həmişə çətin olub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.