23 fevral 2011 13:39
Daha faydalı transferlər XL-a məxsusdu
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Hansı klubun qış fasiləsində həyata keçirdiyi transferləri daha faydalı hesab edirsiz” sualıyla müraciət etdiyimiz oxucularımızın favoritləri artıq məlumdu.
Onların rəyinə görə, daha faydalı transferləri “Xəzər Lənkəran” həyata keçirib. Belə ki, respondentlərin 49 faizi məhz cənub təmsilçisinin yenilərini fərqləndirib. “Neftçi”nin transferlərinin daha faydalı olduğunu düşünənlər isə sorğuya qatılanların 29 faizidi. Nəhayət, 3-cü pillədə 13 faizlə “Qarabağ”ın yeni transferləri üstün tutulub. Yerdə qalan klubların gətirdiklərinə isə elə də böyük ümidlər bəsləyən yoxdu.
