23 fevral 2011 14:03
Azərbaycanla oyun öncəsi fotosessiya (FOTO)
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycanın rəqiblərindən olan Qazaxıstan yığmasının rəhbərliyi özlərinə yeni tərəfdaş tapıb. Azerisport.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bundan sonra yığma üzvləri ev və səfər oyunlarına “Stounz” firmasının rəsmi işgüzar paltarlarından yararlanacaqlar.
Artıq bu məqsədlə Astanada bəzi futbolçular fotosessiyayay da qatılıb. Model rolunda ilk olaraq Renat Abdulin, Aslan Darabayev, Sergey Xijniçenko və Aleksandr Mokin çıxış edib.
