23 fevral 2011 14:22
Qurban Qurbanov: O, müdafiədəki problemimizi həll etdi
Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Rəşad Sadıqovun qayıdışından sonrakı çıxışını dəyərləndirib. Azerisport.az saytında açıqlamasında o, bunları dilə gətirib:
“Belə futbolçunu hər bir baş məşqçi öz ixtiyarında görmək istər. Ona “Qarabağ”da top qovmaq çox rahatdı. Axı o, bu kollektivlə bir ildən artıq birgə top qovub. Bizdə hər kəs bir-birini yaxşı tanıyır və ümumi uğur naminə hər şeyi etməyə hazırdılar. Rəşadın qayıdışından sonra komanda müdafiədə daha yaxşı oynamağa başlayıb. Türkiyədəki hazırlıq prosesinin gedişində Aftandil Hacıyev zədə aldı və bu, bizi çox narahat edirdi. Sadıqovun qayıdışı ilə müdafiədəki bu problemimiz də aradan qalxmış oldu”.
