23 fevral 2011 15:08
Banişevski yad olundu (FOTOREPORTAJ)
Bu gün Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri, uzun illər “Neftçi”də çıxış etmiş mərhum Anatoli Banişevskinin anadan olmasının 65-ci ildönümüdü. Azerisport.az xəbər verir ki, əfsanəvi futbolçunun yubileyi münasibətlə AFFA-nın rəhbərliyi, “Neftçi” klubunun üzvləri, vetaran və yeniyetmə futbolçular, futbol ictimaiyyətinin nümayəndələri Banişevskinin məzarını ziyarət edib, abidəsinin önünə əklil və gül dəstələri qoyub, onunla bağlı xatirələrini yada salıblar.
Tədbiri AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu açıb. Futbol veteranları Mübariz Zeynalov, Yaşar Babayev, İskəndər Cavadov, AFFA-nın baş katibinin müavini Elxan Əsədov, “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov çıxış edərək Anatoli Banişevskinin Azərbaycan futbolunun inkişafı üçün xidmətlərini qeyd edib, onu hər zaman xoş xatirələrlə andıqlarını bildiriblər.
