23 fevral 2011 16:19

Ələkbərov Alesionu tənqid, Foqtsu tərif etdi

Futzal üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Elman Ələkbərov azerisport.az saytına müsahibəsində millimizin qarşıdan gələn Avropa çempionatının seçmə mərhələ oyunları haqda fikirlərini bölüşüb.
 
- Bakıda keçiriləcək seçmə mərhələ oyunlarından nə gözləyirsiz?
- İlk növbədə bir insan kimi, belə bir turnirin Bakıda keçirilməsinə görə çox şad olduğumu demək istərdim. Hətta bizim futbolçular da gəlib dünya futzal ulduzlarının oyununa baxmaq imkanı olacaq. Bakıda keçirilən son turnirdə komandamız qələbə qazansa da, düzü, məni o qədər də razı salmamışdı. Joze Alesio heç bir oyunda ehtiyat komandanı yoxlamadı. AÇ-2010-nun üçüncü yer uğrundakı Çexiya ilə oyununda da ona görə uduzduq. Bu dəfəki turnir isə daha çox hazırlıq xarakteri daşıdığı halda, o, qələbə haqda düşündü. Joze Alesionun ən böyük çatışmazlığı onun riski sevməməsidi. Ancaq bəzi çatışmazlıqlara baxmayaraq, biz final mərhələsinə çıxacağıq. Qoy ispanlar düşünsün ki, Bakıda nə edəcəklər? Bizə isə doğma divarlar amili çox kömək edəcək.
 
- Siz hesab edirsiz ki, biz İspaniyanı keçə bilərik?
- Niyə də yoz? İspanlar bizdən yaxşıdı? İspanların heyətində yeniliklər var. Bizdəsə kifayət qədər yaxşı oyunçular və dünyanın ən yaxşı qapıçısı var. Məni narahat edən odu ki, biz bir oyuna çox kökləndiyimiz halda, digər oyunları zəif keçirə bilərik. Təəssüf ki, bizdə ev tapşırıqları yoxdu. Bu, komandamızın çatışmazlığıdı.
 
- Deməli, bizim əsas rəqibimiz ispanlar olacaq?
- Qazaxıstanı da siyahıdan silmək olmaz. Elə Fransanı da. Bu, mini-futboldu. Yadınıza gəlirmi bir vaxtilə bəzi turnirlərdə necə yüksək səviyyəli çıxış edirdik? Heç kim bizi belə tanımırdı. Fransızlar da indi həmin rolu oynaya bilər. Azərbaycan yığması isə öz yerində qalmaqdadı.
 
- Niyə siz elə hesab edirsiz ki, ölkəmizin əsas futzal komandası yerində sayır?
- Perspektiv görmürəm. Yeniləri görmək olmur. Yeni simalar yoxdu. Futzalda yeniliklər etmədən qabağa getmək olmaz. Berti Foqtsa əhsən deyirəm ki, daim eksperimentlərə əl atır. Baxmayaraq ki, buna görə daim tənqid olunur.
 
- Sizcə komandamız neçəni yeri tutacaq?
- Ümid edirəm ki, birinci olarıq. Biz bu güclə ispanları yenməliyik.
 
- Bəs bunu bacarmasa?
- Bu haqda danışmaq istəmirəm. Sadəcə ümid edirəm ki, növbəti mərhələyə vəsiqə qazanarıq. Federasiya prezidenti Zaur Axundova uğurlar arzulamaq istəyirəm. Əgər o futzalda olmasaydı, belə səviyyə də olmazıd. O, bütün çempionatın yükünü üzərinə götürüb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.