23 fevral 2011 16:31
Kamran Ağayevdən Mahir Şükürova dəstək
“Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev millimizin digər üzvü Mahir Şükürovun Rusiyanın “Anji” klubundakı durumuna münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində təcrübəli futbolçumuz həmkarının Mahaçqala klubunun əvəzedici komandaya göndərilməsini belə şərh edib:
“Mahirin əvəzedici komandaya göndərilməsi ola bilər ki, yığmaya da təsir göstərsin. Çünki o, komandamızın liderlərindən biridi. Ancaq bu, idmandı. Onun ikinci komandaya göndərilməsinə normal baxmalıyıq. Mahirin 17-18 yaşı yoxdu ki, belə şeyə görə sınsın. Mən əminəm ki, o, Mahaçqala klubunun əsas heyətinə dönəcək”.
