23 fevral 2011 17:01
Milan`ın hücumçusu baş nazirin qızına vurulub (FOTO)
İtaliyanın baş naziri və “Milan” futbol klubunun fəxri prezidenti olan Silvio Berluskoninin qızı Barbaranın, Braziliya millisinin ulduz futbolçusu Pato ilə eşq yaşadığı iddia olunur. Azerisport.az xəbər İtaliya mətbuatına istinadən xəbər verir ki, atasının istəyi “Milan”ın idarə heyətinə gətirilən 26 yaşlı Barbara bir neçə həftədi ki, komandanın matçlarını da canlı izləməyə başlayıb.
Bunun əsas səbəbi kimi isə, məhz komandanın aparıcı hücumçularından Pato ilə onun arasında eşq macərası göstərilir. Barbaranın sonuncu dəfə “Milan” “Chievo”nu səfərdə 2:1 hesabıyla yendiyi qarşılaşmada Patonun atdığı qoldan sonra özünü tam itirəcək dərəcədə sevinməsi gözlərdən yayınmayıb.
