23 fevral 2011 17:46
Banişevskinin xatirəsinə həsr edilən turnirin qalibi İnter oldu (FOTOLAR)
Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən olan mərhum Anatoli Banişevskinin 65 illik yubileyinə həsr olunmuş ənənəvi xatirə turnirinə bu gün yekun vurulub. Azerisport.az xəbər verir ki, AFFA ilə Bakı və Kəndlər Futbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirin finalında “İnter” və “Binəqədi” komandaları qarşılaşıb.
1:0 hesabı ilə rəqibini məğlub edən “İnter” turnirin qalibi adını qazanıb. Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblərə diplom, xatirə medalları və kubok təqdim olunub.
