23 fevral 2011 18:08
Bakı rekordçusunun ad gününü qeyd etdi (FOTO)
Bu gün “Bakı”nın təcrübəli futbolçusu Rafael Əmirbəyov 34 yaşını qeyd edir. Azerisport.az xəbər verir ki, səbəbkar bu əziz günündə ad günü tortu kəsərək onu komanda yoldaşları ilə bölüşüb.
Maraq üçün qeyd edək ki, Əmirbəyov uzun illər “Bakı” futbol klubunun kapitan sarğısını daşıyıb, komandanın heyətində ən çox oyun keçirmiş futbolçu kimi tarixə düşüb.
