23 fevral 2011 18:28
AFFA-dan FİFA referilərinə veto
Premyer Liqanın təsnifat mərhələsinin sonuncu – 22-ci turuna təyinatlar açıqlanıb. Azerisport.az xəbər verir ki, “altılıq” mərhələsi ərəfəsindəki son turun oyunlarını idarə edəcək hakimlər arasında FİFA referilərindən heç birinin olmaması az diqqət çəkmir.
Maraq üçün qeyd edək ki, fevralın 26-sı ölkəmizdə matəm günü olduğundan, həmin günə təsadüf edəcək qarşılaşmalar cümə gününə çəkilib. Hesabat turunun ən prinsipial görüşlərindən olan AZAL - “Bakı” matçı da məhz həmin gün keçiriləcək. Bu qarşılaşma Elçin Məmmədova tapşırılıb.
Həmin gün həm də “Neftçi” MOİK-lə görüşdə ilk mərhələnin çempionu adını rəsmiləşdirə biləcək. Bu oyunda ədaləti Ceyhun Haşımov qoruyacaq. “Qarabağ” isə kubokda uduzduğu “Turan”dan qisasını Əliyar Ağayevin idarəçiliyi altında almağa çalışacaq.
Bazar günü isə diqqətlər daha çox “İnter” – “Xəzər Lənkəran” görüşünə yönələcək ki, Hakimlər Komitəsi həmin görüşü də Rövşən Əhmədova tapşırıb.
Premyer Liqa
22-ci tur
25 fevral (cümə)
Qarabağ - Turan
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, İlham Əliyev, Anar Salmanov.
AFFA nümayəndəsi: Əziz Əliyev.
Hakim-inspektor: Asif Namazov.
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu. Saat 14:00.
AZAL - Bakı
Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Roman Vasilyev, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Namiq Məstanov.
Hakim-inspektor: Kərim Ağayev.
Bakı. "Şəfa" stadionu. Saat 16:00.
Neftçi – MOİK
Hakimlər: Ceyhun Haşımov, Yaşar Abbasov, Samir Hacıyev, Elnur Muradov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Orucəli Durmuşov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 16:00.
27 fevral (bazar)
Qəbələ - Gəncə
Hakimlər: Ramil Diniyev, Azad Ə. Hüseynov, Azad Q. Hüseynov, Rasim Məmmədov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Akif Məmmədov.
Qəbələ. Şəhər stadionu. Saat 14:00.
Simurq – Muğan
Hakimlər: Elvin Əsgərov, Rza Məmmədov, Elşən Acalov, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Qurban Məmmədov.
Zaqatala. Şəhər stadionu. Saat 14:00.
İnter - Xəzər Lənkəran
Hakimlər: Rövşən Əhmədov, Ramiz Əsədov, Munis Abdullayev, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. "Şəfa" stadionu. Saat 16:00.
|
1
|
Neftçi
|
21
|
13
|
6
|
2
|
39-9
|
45
|
|
2
|
Xəzər Lənkəran
|
21
|
13
|
5
|
3
|
25-11
|
44
|
|
3
|
İnter
|
21
|
12
|
4
|
5
|
23-13
|
40
|
|
4
|
Qarabağ
|
21
|
12
|
3
|
6
|
25-13
|
39
|
|
5
|
AZAL
|
21
|
9
|
8
|
4
|
27-16
|
35
|
|
6
|
Bakı
|
21
|
9
|
5
|
7
|
28-21
|
32
|
|
7
|
Qəbələ
|
21
|
8
|
6
|
7
|
19-14
|
30
|
|
8
|
Muğan
|
21
|
6
|
6
|
9
|
13-23
|
24
|
|
9
|
Gəncə
|
21
|
5
|
8
|
8
|
23-27
|
23
|
|
10
|
Turan
|
21
|
3
|
6
|
12
|
16-30
|
15
|
|
11
|
Simurq
|
21
|
2
|
6
|
13
|
12-33
|
12
|
|
12
|
MOİK
|
21
|
1
|
3
|
17
|
6-46
|
6
|
