23 fevral 2011 18:46
Real`ın oyunçusu Bakıya gəlir
Futzal üzrə İspaniya yığmasının baş məşqçisi Xose Venansio Lopes Bakıya gətirəcəyi heyətdə dəyişiklik edib. Azerisport.az xəbər verir ki, o, öncədən dəvət göndərdiyi oyunçulardan Enrike Bonedanın xidmətindən imtina edib.
Buna sözügedən oyunçunun zədələnməsi səbəb olub. İspaniya mətbuatının yazdığına görə, baş məşqçi bu futzalçının əvəzində Kartaxena “Real”ında çıxış edən Fabiano Robledonu paytaxtımıza gətirəcək.
