23 fevral 2011 19:25
Yığmamız Norveç klubuna məğlub oldu
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün daha bir yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Vəli Qasımovun yetirmələri Norveçin “Lillestrom” klubunun əvəzedici komandası ilə yoldaşlıq oyunu keçirib.
Qarşılaşma 3:2 hesabı ilə Norveç təmsilçisinin xeyrinə başa çatıb. Yığmamızın heyətində Nurlan Novruzov və Kərim Diniyev fərqlənib.
