23 fevral 2011 19:56
Yığmamız uduzdu, baş məşqi razı qaldı
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə Norveçin “Lillestrom” klubunun əvəzedici komandası ilə arasında bu gün keçirilən yoldaşlıq oyunundan sonra yığmamızın baş məşqçisi Vəli Qasımov fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, komandamızın çalışdırıcısı 2:3 hesablı yenilgiyə belə münasibət bildirib:
“Məğlub olmağımıza baxmayaraq, komandamın oyunundan razı qaldım. Yol verdiyimiz səhvlərdən rəqib məharətlə istifadə etdi. Baxımlı oyun oldu. Topa nəzarət edən tərəf biz idik. Ümumiyyətlə, bu təlim-məşq toplanışının bizim üçün çox faydalı olduğunu düşünürəm. Komandada çatışmayan cəhətləri müəyyənləşdirə bildik. Avropa çempionatının seçmə mərhələsinə qədər vaxtımız var, çatışmazlıqların üzərində çalışacağıq”.
