23 fevral 2011 11:24
AFFA rəhbərliyi millinin üzvləri ilə görüşdü (FOTOLAR)
Xəbər verdiyimiz kimi, fevralın 24-dən 27-dək Azərbaycan milli komandası futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələ oyunlarında iştirak edəcək. Azerisport.az xəbər verir ki, bü münasibətlə AFFA-nın baş katibi Elxan Məmmədov Bakı İdman Sarayında məşqlərini davam etdirən komandamızın üzvləri ilə görüşüb.
Qarşıdakı turnirin vacibliyini bir daha futzalçıların diqqətinə çatdıran baş katib, oyunların Bakıda keçirilməsinin azarkeş dəstəyi baxımından üstünlük, eyni zamanda daha böyük məsuliyyət olduğunu bildirib, millimizə uğurlar arzulayıb. Görüşün sonunda xatirə şəkli çəkdirilib.
