23 fevral 2011 11:38
Daha bir klubumuzun rəsmi adı dəyişdirildi
Azərbaycan çempionatının birinci divizionunda çıxış edən “Anşad Petrol” klubunun adı dəyişdirilib. Azerisport.az xəbər verir ki, Neftçala şəhərini təmsil edən klubun rəhbərliyi komandanın elə bölgənin adını daşımasına qərar veriblər.
Bu məqsədlə, onlar artıq PFL-ə rəsmi müraciət də ünvanlayıblar. 21 fevral 2011-ci il tarixli 01-02/VI saylı məktubda klubun rəsmi adının dəyişdirilərək “Neftçala” FK ilə əvəzləndiyi bildirilib. Bu səbəbdən də yuxarıda göstərilənləri nəzərə alaraq PFL prezidenti Ramin Musayev də artıq “Anşad Petrol ” klubunun rəsmi adının “Neftçala” FK ilə əvəzlənməsinə dair əmr imzalayıb.
