23 fevral 2011 11:46
UEFA Məmmədovu Stuttgart – Benfica matçına təyin etdi
AFFA-nın baş katibi Elxan Məmmədov UEFA tərəfindən yeni təyinat alıb. Azerisport.az xəbər verir ki, Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunları çərçivəsində fevralın 24-də keçiriləcək “Stuttgart” (Almaniya) – “Benfica” (Portuqaliya) oyununun UEFA nümayəndəsi Elxan Məmmədov olacaq.
Maraq üçün xatırladaq ki, bu komandalar arasında ötən həftə baş tutan qarşılaşmada Portuqaliya təmsilçisi 2:1 hesablı qələbəyə sevinmişdi. İndi Berti Foqtsun həmyerliləri növbəti mərhələyə adlamaq üçün mütləq Elxan Məmmədovun gözləri önündə qələbə qazanmalıdı.
