23 fevral 2011 12:03
Rednik Rumıniya millisinə 5 namizəddən biri oldu
“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik ölkəsinin yığma komandasının sükanı arxasına keçə bilər. Azerisport.az bu ölkənin rəsmi saytına istinadən xəbər verir ki, Rednik sözügedən posta əsas namizədlərdən biridi.
Məsələ burasındadı ki, Rumıniya yığmasının hazırkı baş məşqçisi Razvan Luçesku (tanınmış mütəxəssis Mirça Luçeskunun oğlu – red.) qarşıdakı Bosniya və Herseqovina ilə matçdan sonra istefaya gedəcək. Rumıniya Futbol Federasiyasının rəhbəri Mirça Sandu bildirib ki, məhz bu üzdən onlar artıq indidən yeni namizədləri gözdən keçirməyə başlayıblar: “Biz artıq kiçik Luçeskunu əvəzləyə biləcək bütün namizədlərimizin siyahısı tərtib etmişik. Son anda Mirça Redniki də əlavə etdik. Ümid edirəm ki, biz bu mütəxəssislərdən istənilən birinin köməyi ilə AÇ-2012-yə gedə biləcəyik”.
Qeyd edək ki, XL-ın baş məşqçisi ilə yanaşı həmin siyahıda Dan Petresku, Kosmin Olarou, İon Sabau və Dorinel Munteanu da var. Mirça Rednik isə Rumıniya mətbuatına müsahibəsində bildirib ki, onun ölkəsinin yığmasında görmək istədiyi əsas namizədi Dan Petreskudu.
