23 fevral 2011 00:26

Jaba: Bu şansi əldən verməyəcəyik

"Bakı”nın braziliyalı hücumçusu Jaba əsas komandaya qayıdışı, “Turan”la oyun, vurduğu qələbə qolu , AZAL-la həlledici qarşılaşma barədə sualları cavablandırıb. Azerisport.az həmin müsahibəni diqqətinizə çatdırır.
 
- Əsas komandaya qayıdışın haqda nə deyə bilərsən ? Əvəzedici komandada formanı itirməmisən?
- Əvəzedici komanda da olanda məşqçilər formamın itməməsi üçün mənə və Leoya (Roşanı nəzərdə tutur – red.) ayrı güclü məşq keçirdilər. Buna baxmayaraq idman formamı qoruya bilmədim. İndi əsas komandadayam və yenidən əvvəlki gücümü bərpa edirəm. İnaniram ki, oyundan oyuna daha yaxşı oynadığımı görəcəksiniz.
 
- Qayıdışını qolla qeyd etdin...
- Qələbə qolunu mən vursam da, qələbə bütün heyətin birlikdə mübarizəsi nəticəsində qazanıldı. Mən, ümümiyyətlə, digər oyunlarda da vurduğum qollara görə yox, komandamızın qələbə qazanması üçün sevinirəm. İnanıram ki, baş məqçimizin güclü məşqləri ilə daha yaxşı oynayıb, qələbələr qazanacağıq.
 
- Növbədə AZAL-la oyundu. Bu oyun haqda nə fikirləşirsən?
- AZAL-la oyun çətin olacaq. Ancaq əminəm ki, bu oyunda qələbə bizim olacaq. “Qəbələ”nin xal itirməsindən sonra şansımız daha da artdı. İndi hər şey öz əlimizdədi. Bu oyunda meydanda döyüşüb, qələbə qazanmalıyıq. Bizim əsas məqsədimiz ilk altılığa düşməkdi. Bunu üçün AZAL-la oyunda heç-heçə də kifayət edir. Bu şansi əldən verməyəcəyik.
 
- AZAL-la oyunda səndən qol gözləyək?
- Oyunun nəcə keçəyini əvvəldən bilmək olmaz. Əgər şans yaranarsa, qol da vuracam.
 
- “Bakı”nın azarkeşlərinə nə sözün var?
- Azarkeşlərin oyunlarımıza gəlmələrini istəyirəm. Əlbətdə ki, onları hər oyun tribunalarda görəndə sanki bizim də gücümüz artır. Biz onları 12 oyunçu sayırıq. Bu oyunda da azarkeşlərimizin komandamızı dəstəkləməsini arzu edirəm. Biz bir olub, “altılığ”a vəsiqə qazanacağıq və medallar uğrunda mübarizə aparacağıq.
 
Mənbə: "Bakı"nın rəsmi saytı

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.