24 fevral 2011 00:56

Azərbaycanı AÇ-2012-yə aparan yol

Bu gündən etibarən fevralın 27-dək Bakıda futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsinin 1-ci qrupunun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, qrupunun oyunlarına ev sahibliyi edən komandamız Xorvatiyada düzənlənəcək qitə çempionatında iştirak etmək üçün Qazaxıstan, Fransa və İspaniya səddini uğurla keçməyə çalışacaq.
 
Qeyd edək ki, bütövlükdə seçmə mərhələdə 24 komanda iştirak edir ki, onlar da xeyli müddət öncədən 6 qrupa bölünüb. 4 komandadan ibarət qrupların qalibi olacaq komandalar, eləcə də 5 ən yaxşı qrup ikincisi Xorvatiyadakı final mərhələsinə vəsiqə qazanmış olacaq. Xorvatların isə ev sahibi kimi qatılacağı 12 komandadan ibarət həlledici mərhələnin püşkatma mərasimi sentyabrın 9-da Zaqrebdə baş tutacaq.
 
Azərbaycan yığmasının ardıcıl ikinci dəfə qitə çempionatının final mərhələsində iştirak etməsi üçün gözəl şansı var. Lakin bunun üçün hazırkı Avropa çempionu olan İspaniya millisi ilə oyunda lazımı nəticə qazanmaq əsas şərtdi. Ancaq bu da faktdı ki, ispanlar artıq 4-cü dəfə bu turniri qazanmaq üçün heç də az potensiala malik deyil.
 
Hər halda komandamızı çox çətin görüşlər gözləyir. İspanlar üzərində mümkün qələbə sensasiya hesab olunacaq. Amma biz bu sensasiyanı gerçəkləşdirməyə də borcluyuq. Lakin ispanlara kimi komandamızın digər rəqibləri ilə görüşlərdən itkisiz ayrılması da vacibdi. Hər halda bu gün qazaxlarla münasibətlərinə aydınlıq gətirəcək Joze Alesionun komandası sabah da Fransa üzərində qələbə qazanmasa, İspaniya ilə oyunun hansısa əhəmiyyəti qalmaya da bilər.

Qeyd edək ki, AÇ-nin əsas seçmə mərhələsinin 1-ci qrupu çərçivəsində Bakıda keçiriləcək oyunları idarə edəcək hakimlər də məlumdu. Qrup oyunlarını idarə edən hakimləri, hakim-inspektor və UEFA nümayəndəsi aşağıdakılardı: Hakimlər - Borut Siviç (Sloveniya), Sergey Drebujan (Ukrayna), Sergey Velikiy (Rusiya), Yan Kresta (Çexiya); Hakim-inspektor - Andrea Lastruççi (İtaliya); UEFA nümayəndəsi - Zoran Dimiç (Serbiya).
 
Sonda Bakıda keçiriləcək oyunların təqvimini də təqdim edirik:
 
24 fevral
Saat 18:30. İspaniya – Fransa
Saat 21:00. Azərbaycan – Qazaxıstan
 
25 fevral
Saat 18:30. Qazaxıstan – İspaniya
Saat 21:00. Azərbaycan – Fransa
 
27 fevral
Saat 18:30. Fransa – Qazaxıstan
Saat 21:00. İspaniya – Azərbaycan

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.