24 fevral 2011 01:22
Anji Şükürovsuz qələbə qazandı
Millimizin üzvü Mahir Şükürovun çıxış etdiyi, Emin Ağayevlə Vaqif Sadıqovun çalışdığı Rusiyanın “Anji” klubu Minsk “Dinamo”su ilə yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, həmyerlilərimizin komandası bu qarşılaşmadan 2:0 hesablı qələbəylə ayrılıb.
Lakin məlum səbəblərdən Mahir bu qarşılaşmada forma geyə bilməyib. Xatırladaq ki, millimizin üzvü əvəzedici komandaya göndərildiyindən, gənclərlə birgə Türkmənistanda keçirilən Prezident kubokunda çıxış edir.
