24 fevral 2011 14:11
Hacı Hacıyev Mahir Şükürovla bağlı problemə aydınlıq gətirdi
Rusiya Premyer Liqasında mübarizə aparan “Anji”nin baş məşqçisi Hacı Hacıyev millimizin müdafiəçisi Mahir Şükürovun durumu ilə bağlı fikirlərini bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mahir komandamıza lazımlı futbolçudu. Ona görə də heç kim sirr deyil ki, biz ondan razıyıq. O hazırda əvəzedicilərdə ona görə oynayır ki, ikinci komandamızın heyətində problemlər var idi. Onu Türkmənistana məhz buna görə yollamışıq. Son mövsüm də göstərdi ki, Mahir gələcəkdə də “Anji”də çıxış edəcək”.
