24 fevral 2011 15:28

Banişevskinin yubileyi XL və Neftçi fanatlarını da bir araya gətirdi

Azərbaycan futbolunun əfsanəsi Anatoli Banişevskinin 65 illik yubileyi ilə bağlı "Xəzər Lənkəran" klubunun azarkeşləri "Neftçi" klubunu ziyarət edib. Azerisport.az xəbər verir ki, bu ziyarətin əlamətdar hadisə olduğunu bildirən "Neftçi"nin prezidenti Sadıq Sadıqov, Anatoli Banişevskinin Azərbaycan futbol tarixinin ən şanlı səhifələrindən biri olduğunu qeyd edib:
 
"Anatoli Banişevski 100 yaşı olan Azərbaycan futbolunun ən parlaq simalarından biri olub. "Xəzər Lənkəran" tərəfdarlarının əfsanəvi Banişevskinin 65 illiyi ilə bağlı klubumuzu ziyarət etməsi, əlamətdar hadisədi. Hazırda bütün klublar Azərbaycan futbolunun inkişafı üçün çalışır. "Xəzər Lənkəran" klubunun fəxri prezidenti Mübariz Mənsimov, komandanın prezidenti Mais Mənsimov və vitse-prezident Tuyqun Nadirova öz təşəkkürümü bildirirəm. Həmçinin daim komandalarının yanında olan Lənkəran azarkeşlərinə də minnətdarlığımı çatdırıram. Onlar bizim ümumi dəyərimiz olan Anatoli Banişevskini yad etdilər".
 
"Bosman" və "12-ci oyunçu" fanklublarının adından Mirhafiz Babayev əvvəlcə, "Flaqman" fan-klubunun rəhbəri Ceyhun Bədəlzadə ilə görüşüb. Mirhafiz Babayev görüşdə "Neftçi"nin əfsanəsinə çevrilən Anatoli Banişevskinin ölkə futbolsevərlərinin daim yaddaşlarında qalacağını deyib:
 
"Biz Ceyhun Bədəlzadə ilə əlaqə saxladıq və belə bir təşəbbüsümüzün olduğumuzu bildirdik. O da öz növbəsində bu görüşün baş tutmasında bizə köməklik etdi. Klubun bazasında "Neftçi"nin baş məşqçisi Arif Əsədovla və klubun futbolçularıyla söhbətləşdik, onlar bizi çox mehribanlıqla qarşıladılar. Klubun vitse-prezidenti Tahir Süleymanovla görüşdük o, bizi çox mehribanlıqla qəbul etdi. Biz öz növbəmizdə Tahir müəllimə Anatoli Banişevsikinin 65 illiyi ilə bağlı təbrik məktubumuzu təqdim etdik və oda bizi əliboş yola salmadı və bizə "Neftçi" klubunun adından hədiyyə təqdim etdi. Tahir Süleymanov bizim bu addımımızı yüksək qiymətləndirdi. "Neftçi" klubunun rəhbərliyinə, azarkeşlərinə təşəkkürümü bildirirəm. Biz meydanda rəqib, ondan kənarda isə dostuq".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.