24 fevral 2011 15:41

Qarabağ beş ildi çempionatda uduzmadığı rəqibə qarşı

Məlum olduğu kimi, Premyer Liqanın təsnifat mərhələsinin sonuncu – 22-ci turunda “Qarabağ” “Turan”la qarşılaşacaq. Azerisport.az xəbər verir ki, bütün çempionatların iştirakçısı olan 3 klubdan ikisinin (digəri də “Neftçi”di – red.) mübarizəsi daim gərgin və maraqlı alınıb.
 
“Qarabağ”ımız Tovuz klubuyla cari mövsüm artıq 3-cü dəfə qarşılaşacaq. Maraq üçün xatırladaq ki, çempionatın ilk dövrəsində Tovuzda baş tutan görüşdə ağdamlılar Emin İmaməliyevin vurduğu qolla 1:0 hesablı qələbəyə sevinmişdilər. Lakin Azərbaycan kubokunun 1/8 final mərhələsində də bu klublar üz-üzə gəldilər ki, həmin görüşün əsas və əlavə vaxtı qolsuz başa çatmış, penalti seriyasında isə tovuzlular üstün olmuşdular.
 
Lakin bütövlükdə ölkə çempionatı səviyyəsində “Qarabağ” düz 5 ildi “Turan”a məğlub olmur. Sonuncu dəfə 2006-ci ildə Böyükağa Ağayevin “Qarabağ”a başçılıq etdiyi dönəmdə Tovuzda meydan sahibləri 3:1 hesablı qələbəyə sevinib. Həmin tarixdən sonra çempionatda baş tutan 8 görüşdə hazırda Qurban Qurbanovun çalışdırdığı komanda cəmi 1 dəfə heç-heçə edib, qalan görüşlərdə qələbə qazanıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.