24 fevral 2011 18:14

Premyer Liqanın 19-cu mövsümü Böyük oyunla yekunlaşacaq

Azərbaycan Premyer Liqasının cari mövsümü “Böyük oyun”la yekunlaşacaq. Azerisport.az xəbər verir ki, buna artıq “Neftçi” və “Xəzər Lənkəran”ın hər ikisinin təsnifat mərhələsini birinci pillədə başa vurması şərait yaradıb.
 
Məlum olduğu kimi, cari mövsümün püşkü atılarkən, “altılıq” mərhələsinin də təqvimi məlum idi. Lakin onda cütlüklər 12 komandanın tutacağı pillələrə uyğun müəyyənləşdirilmişdi. Artıq təsnifat mərhələsinin sonuna bir tur qalmış digər rəqiblərinin XL və “Neftçi”yə çatmaq imkanı yoxdu. Bu isə o deməkdi ki, mayın 18-19-da baş tutacaq 19-cu milli çempionatın son turu əzəli rəqiblərin görüşüylə bitəcək. Çünki həmin turda təqvimə uyğun olaraq təsnifat mərhələsini 1 və 2-ci pillədə bitirən komandalar qarşılaşacaq. Lakin hələlik təsninfat mərhələsinin “Neftçi”nin və ya XL-ın liderliyi ilə bitməsi dəqiqləşmədiyindən, həmin görüşün Lənkəranda, yaxud Bakıda keçiriləcəyi də dəqiq bilinmir. Sadəcə onu qeyd edək ki, təsnifat mərhələsinin çempionu həmin görüşdə ev sahibi qismində çıxış edəcək.
 
Qeyd edək ki, "Neftçi" və "Xəzər Lənkəran" arasındakı final mərhələsinin ilk oyunu isə 24-cü tura təsadüf edəcək. Bu turun oyunları da martın 18-19-da keçiriləcək. Bu, əzəli rəqiblərin mart ayındakı 3-cü "Böyük oyun"u olacaq. Belə ki, "Neftçi" və "Xəzər Lənkəran" martın 3-ü və 8-də Azərbaycan Kubokunun 1/4 final mərhələsində də üz-üzə gələcəklər. Bir sözlə mart ayında da 3 XL - "Neftçi" duelinin şahidi olacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.