24 fevral 2011 19:33
Mirhüseyn Seyidov: Milli komandaya kömək etmək istəyirəm
“Neftçi”nin gənc yarımmüdafiəçisi Mirhüseyn Seydidov hesab edir ki, artıq onun əsas yığma komandamızda çıxış etməsi heç də tez olmazdı. Azerisport.az saytına müsahibəsində o, milliyə çağırılmaq perspektivini belə dəyərləndirib:
“Bu mövsüm əsas heyətdəki yerimi möhkəmləndirmək istəyirəm. Çox şadam ki, bu yolda baş məşqçi Arif Əsədov da mənə şans verir. Fikrimcə, yığmaya da düşmək üçün şansım olacaq. Bu, mənim üçün heç də tez deyil. Əgər mövsümü zədəsiz keçirsəm, öz üzərimdə daha çox işləsəm, onda yəqin ki, yığma komandamızdan da dəvət alacam. Mən ölkənin əsas milli komandasına kömək etməyi çox istəyirəm”.
