24 fevral 2011 11:12
İki oyunun hakimi dəyişdirildi, səbəbi qaranlıq qaldı
Futbol üzrə Azərbaycan birinci divizionunun 16-cı turunun hakim təyinatlarında dəyişikliyi edilib. Azerisport.az xəbər verir ki, “Abşeron” – “Bakılı” oyununun yan xətt hakimi Aleksandr Musatkinlə “Şahdağ” – “Rəvan” qarşılaşmasının yan xətt hakimi Elşən Durmuşovun təyinatı qarşılıqlı dəyişdirilib.
Lakin maraqlıdı ki, Peşəkar Futbol Liqasının bu açıqlamasında dəyişikliyin səbəbi barədə heç bir əlavə məlumat verilmir.
27 fevral (bazar)
Abşeron - Bakılı
Hakimlər: Anar Niyazov, Qəzənfər Məmmədov, Elşən Durmuşov, Ramil Əhmədov
Hakim-inspektor: Novil İsmayılov
Bakı. "Şəfa" stadionu. Saat 11:30
Şahdağ - Rəvan
Hakimlər: Əfqan Həmzəyev, Akif Adıgözəlov, Aleksandr Musatkin, Qorxmaz Eldarov
Hakim-inspektor: Abdulla Məmmədov
Qusar. Şövkət Orduxanov adına şəhər stadionu. Saat 14:00
