24 fevral 2011 11:25
Təxirə salınmış oyunların keçiriləcəyi tarix müəyyənləşdi
Futbol üzrə Azərbaycan birinci divizionunun 14-cü turunun təxirə salınmış “Karvan” – “Neftçala” və 15-ci turunun təxirə salınmış “Bakılı” – “Şəmkir” oyunlarının keçiriləcəyi tarix müəyyənləşib. Azerisport.az xəbər verir ki, PFL prezidenti Ramin Musayevin əmri ilə hər iki təxirə salınmış oyun eyni gündə baş tutacaq.
Belə ki, həm “Karvan” – “Neftçala”, həm də “Bakılı” – “Şəmkir” oyunları 5 mart 2011-ci il (şənbə) tarixində keçiriləcək.
