24 fevral 2011 11:43

Kamran Ağayev: Biz ancaq Böyük oyuna xüsusi hazırlaşırıq

“Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev azerisport.az saytına müsahibəsində Premyer Liqanın 22-ci turunun “İnter”lə keçiriləcək oyunundan danışıb.
 
- Son çempionla oyuna hazırlıqlarınız necə gedir?
- Çempionla qarşılaşacağıq. Artıq onlarla oynamağa hazırıq. Əgər biz qarşımıza çempion olmaq məqsədi qoymuşuqsa, deməli hər bir rəqibimizə qalib gəlməliyik.
 
- “Bankirlər”lə oyunlar sizin üçün xüsusi əhəmiyyət kəsb edir?
- Çempionatın bütün oyunları əhəmiyyətlidi. “İnter”lə oyuna da əksər oyunlara olduğu kimi hazırlaşırıq. Xüsusi olaraq ancaq derbiyə (Böyük oyunu nəzərdə tutur – red.) hazırlaşırıq.
 
- “Xəzər Lənkəran” “İnter” üzərində “Şəfa”da qazandığı qələbəni xatırlayırsız?
- Mən ancaq “İnter”ə necə qalib gəlmək haqda düşünürəm. Əgər buna inanmasaydım, meydana çıxmazdım. Çoxları elə hesab edər ki, mən çox özümdən razıyam. Amma bu elə deyil. Sadəcə mən çox ambisiyalı insanam. Qələbə üçün döyüşməli olacağıq.
 
- Lənkərandakı oyununuz məşqçilər arasındakı qalmaqalla başa çatmışdı, Kaxaber Sxadadze Mirça Redniki təhqir etmişdi. Bu, cavab oyununun gərgin keçəcəyini deməyə əsas verə bilər?
- Matç vaxtı hər şey ola bilər. Ancaq biz belə şeylərə o qədər də inanmırıq. Əlbəttə, bu aydın məsələdi ki, biz heç də düşmən kimi oynamayağıq. Əlavə hansısa reaksiya da olmayacaq. Xoşagəlməz məqamlar cavab görüşündə təkrarlanmamalıdı.
 
-  “Neftçi” ilə oyun öncəsi demişdiz ki, rəqibinizə uduzmayacaqsız. Bu dəfə nə deyirsiz?
- Bunu ancaq Allah bilir. Hər şey onun əlindədi. Biz sadəcə qələbə qazanmağa çalışacağıq.
 
- “Neftçi”nin MOİK-lə oyunda xal itkisi nə dərəcədə inandırıcıdı?
- Başqa komandalardan danışmaq istəmirəm. Ona görə ki, bütün fikirlərim öz klubuma yönəlib. Əgər biz hər oyunda qələbə qazansaq, onda çempionluğa əsas namizəd də olacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.