24 fevral 2011 22:31
Millimiz ardıcıl 6 qol vursa da, İspaniyadan geri qaldı (YENİLƏNİB)
Bu gün futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsinin Bakıda keçiriləcək 1-ci qrupunun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, Bakı İdman Sarayında baş tutacaq ilk oyun günündə yığmamız qazaxlarla, digər rəqibləri - ispanlarla fransızlar isə öz aralarındakı münasibətlərə aydınlıq gətiriblər.
Açılış matçında qrupun əsas favoritlərindən olan ispanlar Fransanı 4 cavabsız qolla keçiblər. İkinci görüşdə isə Azərbaycan millisi qazaxlarla münasibətlərinə aydınlıq gətirib. Görüşdə hesabı qonaqlar açsa da, futzalçılarımız ardıcıl 6 qol vurmağa imkan tapıb. Lakin təəssüf ki, sonda buraxılan daha 2 qol komandamızın elə ilk turdan qrup liderliyini ələ keçirməsinə imkan verməyib.
Qeyd edək ki, qitə çempionatına əsasən qrup qalibləri və ən yaxşı 5 qrup ikincisi gedəcəyindən, Joze Alesionun yetirmələri doğma meydan amilindən yararlanıb, mütləq birinci yeri tutmalıdı.
AÇ-nin seçmə mərhələsi
1-ci qrup
24 fevral
İSPANİYA – FRANSA - 4:0
Qollar: Blanko, 7 (1:0), Alvaro, 10 (2:0), Fernandao, 25 (3:0), Robledo, 28 (4:0).
AZƏRBAYCAN - QAZAXISTAN - 6:3
Qol: Penqrin, 10 (0:1), Serjao, 12 (1:1), Feliper, 15 (2:1), Biro Jade, 19 (3:1), Biro Jade, 28 (4:1), Felipe, 33 (5:1), Serjao, 34 (6:1), Jamankuliyev, 36 (6:2), Taku, 39 (6:3).
