24 fevral 2011 00:06
Roma yeni baş məşqçiylə ilk qələbəsinə sevindi
İtaliya A Seriyasında 22-ci turdan təxirə salınan bir oyun keçirilib. Azerisport.az xəbər verir ki, cari mövsüm heç cür ümidləri doğrulda bilməyən və bu günlərdə baş məşqçi postunda dəyişiklik etmək məcburiyyətində qalan “Roma” səfərdə “Bologna”nın qonağı olub.
Maraq üçün qeyd edək ki, hələ o dövrdə bir neçə gün öncə istefa verməyi qərara alan Klaudio Ranyerinin çalışdırdığı paytaxt klubunun bu rəqibiylə dueli güclü qar yağması səbəbindən dayandırılmışdı. Lakin “canavarlar”ı təkrar qarşılaşmaya artıq Ranyerini baş məşqçi postunda əvəzləmiş Vinçentso Montella çıxarırdı və bu dəfə futbolçular 90 dəqiqə meydanda olmağa imkan tapdılar. Komandasıyla debüt matçına çıxan Montella “Roma”dakı işinə qələbəylə başlayıb.
Bu qələbə sayəsində paytaxt klubu xallarının sayını 42-yə çıxararaq, “Juventus” və “Palermo”nu qabaqlayaraq, 6-cı sırada qərarlaşıb.
İtaliya A Seriyası
22-ci turun oyunu
23 fevral
Bologna – Roma – 0:1
Qol: De Rossi, 45.
| 1 | Milan | 26 | 16 | 7 | 3 | 46 | - | 20 | 55 |
| 2 | Napoli | 26 | 16 | 4 | 6 | 41 | - | 22 | 52 |
| 3 | Inter | 26 | 15 | 5 | 6 | 47 | - | 29 | 50 |
| 4 | Lazio | 26 | 14 | 6 | 6 | 33 | - | 22 | 48 |
| 5 | Udinese | 26 | 13 | 5 | 8 | 42 | - | 30 | 44 |
| 6 | Roma | 26 | 12 | 6 | 8 | 39 | - | 36 | 42 |
| 7 | Juventus | 26 | 11 | 8 | 7 | 41 | - | 32 | 41 |
| 8 | Palermo | 26 | 12 | 4 | 10 | 44 | - | 36 | 40 |
| 9 | Cagliari | 26 | 10 | 5 | 11 | 32 | - | 28 | 35 |
| 10 | Genoa | 26 | 9 | 8 | 9 | 24 | - | 25 | 35 |
| 11 | Fiorentina | 26 | 8 | 9 | 9 | 28 | - | 28 | 33 |
| 12 | Bologna | 26 | 9 | 8 | 9 | 27 | - | 34 | 32 |
| 13 | Chievo | 26 | 7 | 10 | 9 | 28 | - | 29 | 31 |
| 14 | Sampdoria | 26 | 7 | 10 | 9 | 23 | - | 27 | 31 |
| 15 | Parma | 26 | 6 | 9 | 11 | 25 | - | 36 | 27 |
| 16 | Lecce | 26 | 7 | 6 | 13 | 28 | - | 46 | 27 |
| 17 | Catania | 26 | 6 | 8 | 12 | 22 | - | 34 | 26 |
| 18 | Brescia | 26 | 6 | 5 | 15 | 20 | - | 33 | 23 |
| 19 | Cesena | 26 | 5 | 7 | 14 | 19 | - | 36 | 22 |
| 20 | Bari | 26 | 3 | 6 | 17 | 14 | - | 40 | 15 |
