24 fevral 2011 12:27
Millimiz liderinin xidmətindən yararlanmaya bilər
Xəbər verdiyimiz kimi, bu gün futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsinin Bakıda keçiriləcək 1-ci qrupunun oyunlarına start veriləcək. Azerisport.az xəbər verir ki, Bakı İdman Sarayında baş tutacaq ilk oyun günündə qazaxlarla görüşəcək yığmamız bu görüşə ciddi itki ilə çıxa bilər.
Məsələ burasındadı ki, komandamızın əsas liderlərindən olan Rizvan Fərzəliyev seçmə mərhələnin açılış oyununu zədə səbəbindən buraxmaq təhlükəsiylə üzləşib. Naxçıvanın “Araz” klubunun üzvü son məşqlərin birində zədələnib. Onunla yanaşı Rüfət Balakişiyevin də qazaxlara qarşı forma geyməsi sual altındadı.
