25 fevral 2011 00:56
Milli komandada argentinalını argentinalı əvəzlədi
Çili yığma komandasının yeni baş məşqçisinin kimliyi müəyyənləşib. Azerisport.az xəbər verir ki, argentinalı Marselo Byelsanın istefasından sonra yeni məşqçi axtarışlarına start verən Çili Futbol Federasiyası Klaudio Borgi ilə anlaşıb.
Artıq Federasiya tərəfindən yayılan açıqlamada da yeni baş məşqçinin Borgi olacağı rəsmən təsdiqlənib. Maraq üçün qeyd edək ki, Borgi də elə Byelsanın həmyerlisidi. O, ötən mövsüm “Boca Juniors”un sükanı arxasında çalışıb. Borginin illik qazancının 1,5 milyon dollar olduğu bildirilir.
