25 fevral 2011 13:38

Ruslan Leviqa: Əsas çatışmazlıq qazonlarınızın pis vəziyyətdə olmasıdı

“Bakı”nın yeni hücumçusu Ruslan Leviqa azerisport.az saytına müsahibəsində komandadakı durumundan və bir sıra digər maraqlı məqamlardan danışıb.
 
- “Bakı”nın vəziyyəti yaxşılaşır. “Altılığ”a düşmək üçün AZAL-a uduzmamaq bəs edir. Necə düşünürsüz, bu, realdı?
- Hələ ilk altılıqda olduğumuzu demək tezdi. Bizim hələ bir oyunumuz qalır. Bundan sonra nəyisə təsdiqləmək, fkir söyləmək olar. Bütövlükdə isə vəziyyətimiz yaxşılaşıb. Vicdanla məşq edirik, sonacan döyüşməyə hazırıq.
 
- AZAL ilə oyunda sizin üçün daha bir üstünlük var ki, son vaxtlar bu komanda heç də istədiyi oyunu sərgiləyə bilmir...
- AZAL yaxşı rəqibdi. Onlarla oyunumuz çox ciddi qarşılaşma olacaq. Çünki onlara da xal lazımdı. Balanslaşmış və güclü komandaya qarşı mübarizə aparacağıq. Bu görüşün vacibliyini başa düşürük. Şübhəsiz ki, bu oyun cari mövsümün ən əhəmiyyətli dueli olacaq.
 
- Siz hələ fərqlənə bilməmisiz. Nə problem var?
- Bilmirəm, amma məni “Muğan”la da, “Turan”la da qarşılaşmalarda qol vurmaq şanslarım oldu. Sadəcə hələlik vura bilmirəm. Axı mövsüm hələ yeni başlayır.
 
- Sizin üçün?
- Bəli. Axı mən sonuncu rəsmi oyunumu noyabrın 6-da Qazaxıstanın “Tobol” klubunda keçirmişəm. Ondan sonra mən düz iki ay istirahət etdim. Əlbəttə, artıq fiziki formamı bərpa edə bilmişəm, amma bunu komandadakı məşqlərlə eyniləşdirmək olmaz.
 
- Siz komandanın liderlərindən olan Jaba ilə rəqabət aparmalısız...
- Hesab etmirəm ki, bu mənim üçün mənfi bir faktdı. Sağlam rəqabət heç kimə mane olmur. Mən buna hazıram.
 
- Qazaxıstan çempionatı ilə Azərbaycan Premyer Liqasını müqayisə edə bilərsiz?
- Mən hələ Azərbaycan çempionatında yeniyəm. Ancaq gördüklərim hələ ki, sizin xeyrinizədi. Siz bəzi məqamlara görə Qazaxıstan çempionatını qabaqlayırsız. Sizin əsas çatışmazlığınız qazonların pis vəziyyətdə olmasıdı.
 
- Bəs azərbaycanlı baş məşqçi Ramiz Məmmədovun çalışdırdığı “Atırau”nu necə xarakterizə edə bilərsiz?
- Mən “Tobol”a final mərhələsində qoşuldum və onlarla meydanda qarşılaşmaq imkanım olmadı. Ümumilikdə heç nə bilmirəm. Orda sizdəki kimi hər oyunu televiziya ilə yayımlamırlar. Sadəsə ən güclü komandaların qarşılaşdığı 1 oyunu göstərirlər. Sadəcə onu eşitmişəm ki, orda azərbaycanlı mütəxəssislər çalışır.
 
- Necə hesab edirsiz, Ramiz Məmmədovla Elxan Abdullayevi orda nə gözləyir?
- Onlara uğurlar arzulayıram. Ancaq orda heç də asan olmayacaq. Qazax xalqının mentaliteti çox ağırdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.