25 fevral 2011 14:53
İnter Xəzər Lənkəran`la oyunu pullu etdi
Premyer Liqanın 22-ci turunda son ölkə çempionu “İnter” “Şəfa” stadionunda “Xəzər Lənkəran”ı qəbul edəcək. Azerisport.az xəbər verir ki, fevralın 27-də saat 16:00-da başlanacaq oyuna giriş pullu olacaq.
Oyundan yarım saat qabaq isə stadionda şou-proqram xarakterli tədbirin keçirilməsi nəzərdə tutulub. Qeyd edək ki, “İnter” – “Xəzər Lənkəran” oyununa biletin qiyməti 1 manatdı.
