25 fevral 2011 15:37

“Lənkəranda heç-heçə edib, Bakıda udmaq heç də pis olmazdı”

“Neftçi”nin gənc yarımmüdafiəçisi Mirhüseyn Seyidov azerisport.az saytına müsahibəsində komandasındakı durumundan, çempionluq şanslarından və milli komandada çıxış etmək istəyindən danışıb.
 
- “Neftçi” turnir cədvəlində birinci pilləni tutur. Klubunuzun çıxışını necə dəyərləndirərdiz?
- Ötən mövsümlə müqayisə etsək, “Neftçi” bu mövsüm çox yaxşı çıxış edir. Komandada rəqabət yaranıb. İndi hər futbolçu öz üzərində çoxlu çalışır ki, əsas heyətə düşə bilsin. Bütün oyunlara ciddi yanaşırıq. Bu mövsümü titulla bitirməliyik. Hazırda da turnir cədvəlinin zirvəsindəyik ki, bu da bizim üçün heç də pis nəticə deyil.
 
- Qarşıda təsnifat mərhələsinin son oyunu var ki, burda da MOİK-lə qarşılaşacaqsız. Yəqin ki, motovasiya olmaqda çətinlik çəkəcəksiz...
- Əlbətə, MOİK favorit deyil. Ancaq biz istənilən rəqibimizə hörmətlə yanaşırıq. Əgər çempion olmaq istəyiriksə, xal itirməməliyik. Əgər biz oyuna çıxmamız 3 xalı cibimizdə hiss etsək, onda hər şey korlana bilər. Odu ki, MOİK ilə görüşdə sonadək döyüşəcəyik ki, 3 xalı qazanaq.
 
- Öz karyeranız baxımından bu mövsümlə bağlı hansı məqsədləriniz var?
- Arif Əsədovun hər oyunda şans verməsi məni çox sevindirir. Əsas heyətdə möhkəmlənmək istəyirəm. Bundan sonra yığmaya düşməyi də çox arzulayıram. Fikrimcə, bu mövsüm əsas komandamızda da çıxış etmək şansı qazanaram. Əgər mövsümü zədəsiz başa vursam, öz üzərimdə daha da çox çalışsam, yəqin ki, millidən də dəvət alaram. Millidə klubumun imici xatirinə yox, komandaya kömək etmək üçün çıxış etmək istəyirəm.
 
- “Altılıq”da “Neftçi”dən nə gözləyirsiz?
- Bizi 10 prinsipial oyun gözləyir. Məqsədimiz çempion olmaqdı. Buna görə də bütün oyunlarda qələbə qazanmağa borcluyuq. Xüsusilə “Xəzər Lənkəran”la oyunlar maraqlı olacaq. Onlarla hələ ölkə kubokunda da iki dəfə görüşməliyik. Azarkeşlərimizi 4 “Böyük oyun” gözləyir. İndidən heç kim bilmir, kim qələbə qazanacaq. Ancaq biz nə xal, nə də liderliyimizi itirmək istəyirik.
 
- Ancaq kubokda heç-heçə nə sizi, nə də XL-nı növbəti mərhələyə çıxaracaq...
- Əgər öz oyunumuzu göstərə bilsək, XL-ı keçə bilərik. Prinsipcə, onlarla Lənkəranda heç-heçə edib, Bakıda udmaq heç də pis olmazdı. “Neftçi” oyundan-oyundan artırır. Bizim əsas rəqibimizi keçməyə yetərincə gücümüz var. Kubokda ikiqat çətin olacaq. Yəqin ki, elə XL da bizim kimi, hər vasitədən istifadə edəcək ki, qələbə qazansın.
 
- Hələlik, “Neftçi” bu mövsüm XL-a qalib gələ bilməyib...
- Evdə heç-heçə etdik. Lənkəranda hamı gördü ki, biz necə uduzduq. Çoxlu qol epizodlarını dəyərləndirə bilmədik və son anda qol buraxdıq. Fikrimcə, biz Lənkəranda məğlubiyyətə layiq deyildik. Evdəki oyunda da əla oynadıq. Çoxları belə deyir ki, guya biz həmin oyunda daha çox müdafiəyə diqqət yetirirdik, ancaq mən belə düşünmürəm. Ancaq narahatlığa əsas yoxdu. Bizim hələ revanş üçün yenə imkanımız var.
 
- Bəzi azarkeşlər sizi “Milan”ın yarımmüdafiəçisi Qattuzo ilə müayisə edir...
- (Gülür) Yəni mən elə kobud oynayıram? Düşünmürəm ki, bu, düzgün müqayisədi. Mən özüm Qattuzonun azarkeşiyəm. Əlbəttə, o, futbolda çox şeylər edib. Mənim onla müqayisə olunmağım isə hələ tezdi. Çalışıram ki, topu itirməyim, itirəndə də axıra kimi mübarizə aparıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.