25 fevral 2011 15:58
Belçika – Azərbaycan matçının biletləri satışa çıxarıldı
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının rəqiblərindən olan Belçika millisi martda keçiriləcək oyunun biletlərini artıq satışa çıxarıb. Azerisport.az xəbər verir ki, paytaxt Brüsseldə keçiriləcək görüşə biletlərin qiyməti 15-40 avro aralığındadı.
Bu biletləri əldə etmək istəyənlər hətta Belçika Futbol Federasiyasının rəsmi saytı vasitəsilə də bu arzularını indidən gerçəkləşdirə bilərlər. Maraq üçün qeyd edək ki, Belçika – Azərbaycan oyunu martın 29-da keçiriləcək.
