25 fevral 2011 16:36
Peru yığmamızla yoldaşlıq oyunu keçirmək istəyir
Peru milli komandası mart ayında Azərbaycan yığması ilə yoldaşlıq oyunu keçirməyin mümkünlüyünü nəzərdən keçirir. Azerisport.az Peru mətbuatına istinadən xəbər verir ki, Serxio Markaryanın yetirmələri Amerika Kubokuna hazırlıq məqsədilə Cənubi Koreya və Nigeriya ilə də qarşılaşa bilər.
Sonuncular artıq belə bir görüşün keçirilməsinə razılıq da veriblər. Bu qarşılaşma Perunun mart ayında Maltada təşkil olunacaq təlim-məşq toplanışı çərçivəsində baş tutacaq.
