25 fevral 2011 17:04
“Penalti olmadığını sübut etsə, lisenziyamdan imtina edəcəm”
“Turan”ın baş məşqçisi Naci Şensoy yenidən hakimlərin idarəçiliyini dəyərləndirib. Azerisport.az xəbər verir ki, türkiyəli təcrübəli mütəxəssis 21-ci turun “Bakı” ilə ev oyununda qonaqların qapısına penalti təyin edilməli olduğunu iddia edib:
“Əgər Xaqani Məmmədov (AFFA Hakimlər Komitəsinin sədri) mənə sübut etsə ki, həmin epizodda penalti yox idi, onda mən öz PRO lisenziyamdan imtina edəcəm”.
