25 fevral 2011 19:27
Aqil Nəbiyev: Vaqif atasına görə üzr istədi
AZAL-ın kapitanı Aqil Nəbiyev Premyer Liqanın bu gün baş tutan AZAL - “Bakı” görüşündə onunla Vaqif Cavadov arasındakı qalmaqala münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bu olay haqda aşağıdakıları dilə gətirib:
“Mənim üçün qətiyyən xoşagələn hadisə deyildi. Fizuli mənim atam yaşdadı. Oyun vaxtı nəyə görə əsəbləşir ki? Mənim Vaqiflə qalmaqalım oyun vəziyyətində yarandı. Hətta Vaqif də atasına görə üzr istədi”.
Maraq üçün xatırladaq ki, bu görüşdə epizodların birində “zolaqlılar”ın hücumçusu Vaqif Cavadovun Aqil Nəbiyevlə mübarizədə burnundan qan açıldı. Məhz həmin epizoda görə Vaqifin atası Fizuli Cavadovla Aqil arasında gərginlik yaşandı.
